Niyə fətva verilmədi?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il Qurban bayramı ilə bağlı fətva verilməməsinə aydınlıq gətirib.

“MediaPost”un məlumatına görə, o, pandemiya ilə əlaqəli insan həyatının qorunması məqsədi ilə ibadət məkanlarının müvəqqəti bağlı olmasını və məcburi təcrid tədbirləri səbəbindən müqəddəs Həcc ziyarətinin belə təxirə salındığını deyib.

QMİ sədri qeyd edib ki, bu səbəbdən bayram namazı və qurbanlıq ibadəti ilə bağlı bu il üçün gündəmdə olan müəyyən özəl fərqliliklər nəzərə alınmalıdır.

O, din xadimlərinə bildirib ki, bu özəllikləri yerlərdə insanlara çatdırmalı və Qurban bayramı günlərində imkansız, ehtiyacı olan insanlara maddi, mənəvi yardımın bəyənilən əməl olduğu hər yerdə təlqin edilməlidir. 

Digər fikirlər

Daha çox fikir