Ölkəyə qanunsuz yolla siqaret gətirənlər saxlanıldı - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları on fakt üzrə siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

“MediaPost” xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İdarənin “Qırmızı Körpü” gömrük postunda yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 21 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Digər fikirlər

Daha çox fikir