Portuqaliyada qatar qəzaya uğrayıb, onlarla yaralı var

Portuqaliyanın mərkəzi hissəsində yüksək sürətli qatar qəzaya uğrayıb.

“MediaPost” xəbər verir ki, bu barədə “Reuters” agentliyi “SIC” telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb, onlardan yeddisinin vəziyyəti ağırdır.

Qeyd edək ki, buna qədər “Reuters” sözügedən telekanala istinadən 50-yə yaxın yaralının olması barədə məlumat vermişdi.

Bildirilir ki, qatar Koimbra dairəsində yol təmiri maşını ilə toqquşduqdan sonra relsdən çıxıb. Qatarda təxminən 280 sərnişinin olduğu deyilir.

 

Digər fikirlər

Daha çox fikir