Pulları qaytarılmayan əmanətçilər Konstitusiya Məhkəməsinin önünə yığışıb

Lisenziyaları ləğv edilən "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçiləri bu gün Konstitusiya Məhkəməsinin önündə yığışıb.

“MediaPost"un əldə etdiyi məlumata görə, vətəndaşlar bloklanan əmanətlərlə bağlı konstitusiya hüquqlarının pozulduğunu ifadə edən ərizəni məhkəməyə təqdim edəcəklər. 

Qeyd edək ki, dünən Konstitusiya Məhkəməsində bankların vaxtilə qanunsuz qəbul etdiyi əmanətlərin bloklanması və əmanətçilərə kompensasiyanın ödənilməməsi məsələsinə həsr olunmuş məhkəmə iclası keçirilib.

Həmçinin bax: Məhkəmə əmanətləri bloklananlarla bağlı bu vaxt qərar verəcək

Xatırladaq ki, Mərkəzi Bank vaxtilə sözügedən 4 bankda əmanət yerləşdirilməsini qadağan edib. Əmanətçilər isə həmin qərarın ictimaiyyətə açıqlanmamasından, bu müddətdə yerləşdirdikləri əmanətlərinin qorunan olduğu ilə bağlı banklar tərəfindən təminat verilməsinə baxmayaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiyanın ödənilməməsindən və Mərkəzi Bankın bu məsələyə nəzarət etməməsindən şikayət edir.

Digər fikirlər

Daha çox fikir