Qazaxıstanın Səhiyyə nazirinin müavini saxlanıldı

Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.

"MediaPost “Sputnik”ə istinadən xəbər verir ki, Abişev dövlət büdcəsini mənimsəməkdə ittiham olunur.

2018-ci ildə nazir müavini vəzifəsinə təyin olunan Abişev bundan əvvəl də müxtəlif dövlət qurumlarında işləyib.

Qeyd olunub ki, nazir müavininin həbsi Sosial Sığorta Fondu ilə bağlı təhqiqatlarla əlaqədar ola bilər.

Xatırladaq ki, sözügedən fondun rəhbəri də saxlanılıb. Faktla bağlı istintaq aparılır.

 

 

Digər fikirlər

Daha çox fikir