Qurbanlıq qoyunların onlayn satışına maraq varmı?

31 iyul-1 avqust tarixlərində Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satışı təşkil olunub.

Bu barədə “MediaPost”a “Aqrar Tədarük və Təchizat” ASC-dən bildirilib.  

Məlumata görə, satış məntəqələri Bakı şəhərində 9, Sumqayıt şəhərində isə 1 ünvanı əhatə edir.

Qurbanlıqların onlayn sifarişi www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçirilib. Belə ki, vətəndaşlar 31 iyul saat 00:00-dək portala daxil olaraq qurbanlıqlarını sifariş edib, satış məntəqələrindən onlayn növbələrini götürüblər. 

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman həyata keçirilir. Vətəndaşlara qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada təqdim olunub. Qurbanlığın dəyəri hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödənilir. 3 gün davam edən onlayn satış zamanı ümumilikdə 856 vətəndaş tərəfindən 1 047 baş qurbanlıq qoyun sifariş edilib.

Digər fikirlər

Daha çox fikir