Ramin Bayramlı 69 yaşlı professoru vəzifəyə təyin etdi - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutuna direktor vəzifəsinə təyin edilib.

“MediaPost” xəbər verir ki, A.Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. 

O, Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilmiş  və indiyə kimi fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, Stony Brook Universitetinin (ABŞ) adjunct professorudur. 

Qeyd edək ki, 69 yaşlı A.Allahverdiyev bu gün kollektivə təqdim edilib.

img
img
img

Billurə Yunus

Digər fikirlər

Daha çox fikir