Reanimasiyada olan xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

“MediaPost" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 5 548 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 266 nəfər reanimasiyada, 68 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 31 878 nəfər virusa yoluxub, 25 882 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7789 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 724 953 test aparılıb.

Qeyd edək ki, bu gün 318 koronavirusa yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 714 nəfər sağalıb.

 

Digər fikirlər

Daha çox fikir