Rusiyada koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır

Rusiya Operativ Qərargahı son sutka ərzində ölkədə daha 5 475 nəfərin yeni növ koronavirusa (COVID-19) yoluxduğunu aşkarlayıb. 

“MediaPost” TASS-a istinadən xəbər verir ki, artıq Rusiyada COVID-19-a yoluxanların sayı 828 990 nəfərə çatıb.

Son sutka ərzində 169 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 673 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 620 333 nəfərdir.

Digər fikirlər

Daha çox fikir