Sahibkar və müştəriləri cərimələndi

Lənkəran şəhəri Qala xiyabanı küçəsində fəaliyyət göstərən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “MediaPost”a verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 6 nəfər müştəri Lənkəran ŞRPŞ-yə dəvət olunaraq həmin şəxslərlərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. 

R.Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Rayon Məhkəməsinə göndərilib. 

Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Digər fikirlər

Daha çox fikir