Şeyx Polad Həşimovun kəndinə getdi - FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.

Bu barədə “MediaPost”a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Bildirilib ki, şəhidin ata ocağını ziyarət edən Şeyxülislam A. Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü - müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğulayıb.   

Şeyxülislam A. Paşazadə haqq işimiz yolunda mücadilədə canını fəda etmiş general-mayor Polad Həşimovun atası və övladlarına başsağlığı verdi, II Fəxri Xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğun bildirib.

img
img
img
img
img

Digər fikirlər

Daha çox fikir