“Skoda” sahibləri Bakıda Çin avtomobili satışına başlayır

Çin markası “Changan” yenidən Azərbaycan bazarına qayıdır. 

“Skoda Azərbaycan” şirkətindən “MediaPost”a verilən məlumata görə, bu markanın Azərbaycanda yeni rəsmi təmsilçisi SR Group şirkəti olacaq. Avqustun 3-də Babək prospektində “Changan” avtomobillərinin salonu fəaliyyətə başlayır. İlkin olaraq 7 modelin satışı təşkil ediləcək. Şirkətdən bildirilib ki, bura ilk dəfə Azərbaycan bazarına çıxarılan CS15, CS75, CS96, pikap və digər sedan modelləri daxildir. 

Qeyd edək ki, SR Group eyni zamanda, “Skoda” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisidir.

Xatırladaq ki, 2019-cu ilə qədər “Changan” avtomobillərinin satışını Azərbaycanda “Sirena Motors” həyata keçirib. 2019-cu ilin sonundan etibarən şirkət Çin markaları üzrə yeni modellərin satışını dayandırıb. 

Rahim Tarıverdiyev / MediaPost

Digər fikirlər

Daha çox fikir