Tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

“MediaPost” bildirir ki, bu barədə FHN məlumat yayıb.

Xatırladaq ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, P.Vəliyev tanınmış şair Şaiq Vəlinin oğludur.

Digər fikirlər

Daha çox fikir