Tokayev karantini iki həftə uzatdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib.

“MediaPost” xəbər verir ki, bu barədə dövlət başçısının epidemioloji vəziyyətin sabitləşdirilməsi məsələlərinə həsr olunmuş keçirdiyi bugünkü müşavirənin yekunları ilə bağlı mətbuat xidməti məlumat verib.

Ölkə başçısı iyul ayında tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin müsbət təsirini daha da gücləndirmək məqsədilə həmsərhəd ölkələrdə epidemioloji vəziyyətin ağırlaşmasını nəzərə alaraq karantin tədbirlərini iki həftə müddətinə uzatmaq və sonra mərhələli şəkildə yumşaldılması ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Qazaxıstanda ötən gün koronavirusa yoluxma 1544 nəfərdə aşkarlanıb və ümumi say 86 min 192-yə çatıb. Sağalan xəstələrin sayı 54,4 mindən çoxdur. Ölkədə koronavirusdan 793 nəfər həyatını itirib.

 

Digər fikirlər

Daha çox fikir