Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.

“MediaPost”un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 46 992 şübhəli koronavirus testindən keçib, onlardan 982-nin cavabı pozitiv çıxıb. Bu gün daha 996 xəstə sağalıb.

Türkiyədə indiyədək 230 837 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5691 nəfər ölüb, 214 535 nəfər müalicə olunaraq evə buraxılıb.

Nazir bu gün 582 ağır xəstə olduğunu, pnevmoniyalı xəstə sayının isə 8,8 faiz təşkil etdiyini bildirib.

Digər fikirlər

Daha çox fikir