Türkiyədə koronavirusdan son sutkada19 nəfər ölüb

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

“MediaPost”un xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

Nazir bildirib ki, son 24 saatda 44 846 şübhəli koronavirus testindən keçib, onlardan 936-nın cavabı pozitiv çıxıb, bu gün daha 981 xəstə sağalıb.

Türkiyədə indiyədək 231 869 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5710 nəfər ölüb, 215 516 nəfər müalicə olunaraq evə buraxılıb. 

Nazir qeyd edib ki, COVID-19-dan şübhəlilər arasında testdən keçənlərin sayı 4 845 669-a yaxınlaşıb.

Türkiyədə koronavirusdan bu gün 19 nəfər ölüb

Digər fikirlər

Daha çox fikir