Türkiyədə sutka ərzində koronavirusdan 1 092 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 15 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

“MediaPost”un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 645 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 963 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 227 982 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 211 561 nəfər təşkil edir.

Digər fikirlər

Daha çox fikir