Türkiyəli həkimdən azərbaycanlılara xəbərdarlıq: "Bu virusun zarafatı yoxdur"

"Əslində, həftəsonu və həftəiçi mümkün olduğu qədər insanlar evdən çıxmamalıdır. Zəruri hal yoxdursa, evdə qalmaq ən yaxşısıdır".

“MediaPost” xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Türkiyədə Operativ Qərargahın nümayəndəsi, həkim Tevfik Özlü deyib.

"Əslində, həftəsonu və həftəiçi mümkün olduğu qədər insanlar evdən çıxmamalıdır. Zəruri hal yoxdursa, evdə qalmaq ən yaxşısıdır".

“MediaPost” xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Türkiyədə Operativ Qərargahın nümayəndəsi, həkim Tevfik Özlü deyib. O, Azərbaycanda tətbiq olunacaq karantin rejimi nümunəsinin effektiv ola biləcəyini söyləyib:

“Evdən çıxmasanız və ya başqaları sizə gəlməsə, virusa yoluxmayacaqsınız. Amma həftəiçi ehtiyacları qarşılamaq üçün zərurətdən dolayı evdən çıxmağa icazə verilir. Türkiyə həftəsonu küçəyə çıxma qadağasının faydalı olduğunu gördü. Bu üsulun Azərbaycanda da işə yarayacağını düşünürəm. Amma bu o demək deyil ki, həftəiçi hər kəs evdən çıxmalı, gəzməyə getməlidir”.

T.Özlü bildirib ki, hər bir kəsə viruslu olduğunu düşünərək yanaşmaq lazımdır: “COVID-19-un zarafatı yoxdur. Çox asanlıqla yoluxur, bəzən çox ağır şəkildə irəliləyir. Hamımız çox diqqətli olmalıyıq. “Mənə bir şey olmaz” deməməliyik. Virusun haradan yoluxacağını bilmək olmaz. Hər kəsin virus daşıyıcısı olduğunu düşünməliyik. Biz Türkiyədə önəmsəməmək, ciddiyə almamaq və laqeyd davranmağın mənfi nəticəsini hamımız gördük. Bayramdan sonra keçmiş bayramı qeyd etmək üçün qohumlarına gedən şəxs xeyli sayda insanı virusa yoluxdurdu. Bundan əlavə, yas mərasimində də onlarla insan virusa yoluxdu. COVID-19-a yoluxmamaq üçün qaydalara əməl etmək lazımdır”.

Digər fikirlər

Daha çox fikir