ÜST-dən qorxudan açıqlama: "Həll yolu tapmadıq"

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus Cenevredə mətbuat konfransı keçirərək koronavirusla bağlı son məlumatları açıqlayıb. 

“MediaPost” “BBC”yə istinadən xəbər verir ki, Gebreyesus COVID-19-a qarşı vaksin tapılması məsələsinin hələ də davam etdiyini söyləyib. 

O bildirib ki, vəziyyət ürəkaçan deyil:

“Hələ də həll yolu tapa bilməmişik. Koronavirus pandemiyasının uzun müddət davam etməsini gözləyirik”. 

Xatırladaq ki, baş direktor ötən həftə keçirilən mətbuat konfransında dünyanın əvvəlki vəziyyətinə qayıda bilməyəcəyini qeyd etmişdi. 

Digər fikirlər

Daha çox fikir