ÜST: Hökumətlə brifinq keçirdik

“Bu gün səhər hökumətlə brifinq keçirdik və onlara ilkin tövsiyələrimizi verdik”.

“MediaPost” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O, insanlara soyuq fəsillərlə bağlı xəbərdarlıq edib:

“Mütəxəssislər düşünür ki, qrip və digər tənəfüs yolu xəstəliklərindən əlavə soyuq fəsillərin başlaması vəziyyəti daha da pisləşdirə bilər. Ölkə əhalisini daha yaxşı qorumaq, COVID-19-a qarşı mübarizə tədbirlərini gücləndirməkdə Azərbaycan hökumətinə dəstək vermək üçün burdayıq.  Unutmayaq ki, əhali də ayrı-ayrı şəxslərdən ibarətdir”.

ÜST rəsmisinin sözlərinə görə, insanlar ehtiyatlı olarsa, yumşalma baş verdiyi halrda yoluxma artmayacaq:

“Karantinin yumşaldılması zamanı yeni yoluxma hallarının artdığını görürük. Anlamalıyıq ki, insanlar maska taxsa, tez-tez əllərini yusa, COVID-19 simptomları hiss etdikdə evdə qalaraq həkimə xəbər versə və özlərini təcrid etsələr, o zaman hökumət karantin rejimini yumşaltsa belə, yoluxmaların sayında artım olmaya bilər”.

Billurə Yunus / “MediaPost”

Digər fikirlər

Daha çox fikir