ÜST: "Mütəxəssislərimiz Azərbaycanda çox heyrətamiz iş aparıldığını müşahidə etdilər"

“Cari missiyanın apardığı müşahidələrə əsasən, mart ayında Azərbaycana gələn missiyanın tövsiyələrinin böyük bir hissəsi yerinə yetirilib və bir çox sahələrdə irəliləyişlər var”.

“MediaPost” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O, 21 iyulda Azərbaycana 10 günlüyə gəlmiş ÜST missiyasının müşahidələrinin nəticəsindən danışıb:

“10 gün ərzində mütəxəssislərimiz çox heyrətamiz iş aparıldığını müşahidə etdilər. Ən çox Azərbaycanda COVID-19-la mübarizədə çalışan insanlar heyrətləndirdi. Hökumət daxilində müxtəlif statuslara malik insanlar yüksək səviyyəli diplomatlardan ağıllı və bacarıqlı texniki işçilərə qədər hər nazirlikdən təyin olunmuş müvafiq şəxslər həftələrlə dayanmadan çalışırlar. Xəstəxanalar, poliklinikalar, təcili tibbi yardım maşınları ictimai səhiyyə idarələrində həkimlər, tibb bacıları, laboratoriya işçiləri təmizləyicilər sürücülər administratorlar insanlara qayğı göstərmək, xəstələri müalicə etmək digərlərinə təlim keçmək, təmaslar izləmək evlərə zəng etmək test etmək, cədvəllər statistika hesabatları hazırlamaq və bunu təkrar edənlər COVID-19-a qarşı mübarizənin görünməyən qəhrəmanlarıdır. Onlara səmimi qəlbdən təşəkkür edirik”.

Billurə Yunus / MediaPost

Digər fikirlər

Daha çox fikir