“VAZ” hasara çırpıldı: Sürücü öldü

Qəbələ rayonunun Nohurqışlaq kəndində “VAZ” markalı minik avtomobili qəzaya düşüb.

“MediaPost” FHN-ə istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə rayonun Nohurqışlaq kəndində “VAZ” markalı minik avtomobilinin hasara çırpılması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1989-cu il təvəllüdlü Eyvazov İman Fazil oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər fikirlər

Daha çox fikir