“Xəstə sayı 10 min nəfər arta bilər” - Jurnalist virusa inanmayanları qınadı

“Azərbaycanlıların çoxu koronavirus haqqında elə danışır ki, sanki virus Musanın inəyidir, hamı meydanda onu görüb, əlini sürütüb dəqiqləşdirməlidir, yoxsa heç kim inanmır”.

“MediaPost” xəbər verir ki, bunu jurnalist Kənan Rövşənoğlu qeyd edib. O, Azərbaycan cəmiyyətində koronavirusla bağlı mövcud olan inamsızlığın vəziyyəti kritikləşdiridiyini bildirib:

“Bütün dünya, bütün əks qütblər virusa inandı, amma bir tək azərbaycanlılar üçün yetərli dəlil olmadı.

“Azərbaycanlıların çoxu koronavirus haqqında elə danışır ki, sanki virus Musanın inəyidir, hamı meydanda onu görüb, əlini sürütüb dəqiqləşdirməlidir, yoxsa heç kim inanmır”.

“MediaPost” xəbər verir ki, bunu jurnalist Kənan Rövşənoğlu qeyd edib. O, Azərbaycan cəmiyyətində koronavirusla bağlı mövcud olan inamsızlığın vəziyyəti kritikləşdiridiyini bildirib:

“Bütün dünya, bütün əks qütblər virusa inandı, amma bir tək azərbaycanlılar üçün yetərli dəlil olmadı. Ölkənin əhalisinin 1 milyonu müalicə üçün İrana, yarım milyonu Türkiyəyə, Gürcüstana, Avropaya gedir. Amma bizim camaat nə nemesə, nə türkə, nə farsa, nə də amerikalıya inanır. Camaat deyir, virus ya "yoxdur", ya da "boş şeydir".

Karantin rejiminin sərtləşdirilməsi labüd idi. Dünən yazdım, avtobusda o basırıqda bir xəstə adam azı 30 nəfəri yoluxdura bilər. Nəticə elə belədir, günü-gündən artır xəstə sayı artır.

Çox uzaq keçmişdə deyil, iki ay qabaq kornavirus ABŞ, Britaniya, İtaliya kimi dünyanın 7 ən böyük iqtisadiyyatı olan ölkələrini "dizə gətirmişdi". Britaniyada həkimlər tibbi örtük tapa bilmir, zibil torbaları ilə örtünürdülər.

Bütün bu ölkələrlə müqayisədə Azərbaycan çox kiçik bir ölkədir. Bizdə heç güclü tibb mütəxəssisləri çatmır, o ki ola minlərlə xəstəyə qulluq edəcək mükəmməl sistem. Türkiyə kimi mükəmməl tibbə sahib ölkə az qala dizə gəlirdi. Azərbaycanda indi 100-dən az ağır xəstə var, əgər onların sayı Allah eləməmiş 500 nəfər çatsa, ölkə tibbi çökəcək”.

K.Rövşənoğlunun sözlərinə görə, hökumətin bugünkü təlaşı real qorxudur:

“ Təsəvvür edin, bu sürətlə davam etsə, ayın sonunda xəstə sayı 10 min nəfər də arta bilər. Bu ölkənin 10 min xəstəni eyni anda müalicə etmək potensialı yoxdur. Ona görə də narahatlıq, təşviş anlaşılandır. Hər halda görünən budur, hər kəs narahat olmalıdır. İndi artıq o dövr də deyil. Hər kəsin bir tanıdığı, qonşusu, qohumu artıq bu xəstəliyə yoluxub, inanmaq olar. Həm də ehtiyatlı olmaq lazımdır”.

Digər fikirlər

Daha çox fikir