Xəyallar ölkəsi olan ABŞ-da yaşanan zorakılığın səbəbləri nələrdir? - ŞƏRH

ABŞ-da günlərdir davam edən "Floyd üsyanı" demokratiyanın beşiyi hesab olunan ölkədə insan haqlarının vəziyyəti barədə az-çox fikir formalaşdırır.

İllərdir qaradərili və ağdərili qarşıdurması ötən həftə 49 yaşlı Corc Flyondun qəddarlıqla öldürülməsindən sonra pik həddə çatdı. Yaşanan etiraz dalğasının əsas səbəbi kimi adıçəkilən şəxsin öldürülməsi göstərillir. Lakin tarixə nəzər salsaq Amerikada illərdir qaradərililərə qarşı ayrıseçkiliyin olduğunu görərik.

Bəs nəyə görə saxtakarlıqda ittiham olunan bir şəxsin ölümü böyük qiyama səbəb oldu? Demokratiyanın beşiyi hesab olunan ölkədə nəyə görə qardərililər təzyiqə məruz qalır?

Mövzu ilə əlaqədar "MediaPost"a açıqlama verən siyasi analitik Turab Rzayev bildirib ki, ABŞ-da irqçilik düşünülən səviyyədə deyil:

"Orada irqi, dini, dili, cinsi oriyentasiyasına görə insanları diskriminasiya etmək çox çətindir. Ancaq polis və vətəndaş, xüsusilə də rəngli qruplar arasındakı münasibətlərdə müəyyən problemlər mövcuddur. Amerikada polis işləmək hər gün ölümlə burun-buruna dayanmaq deməkdir. Ona görə də polis və yanğınsöndürən bir çox şəhərlərdə qəhrəman gözündə görülür. Bəs niyə polislə vətəndaş arasında münasibətlər bu həddə çatır? Bunun tamamilə fərqli səbəbləri var. ABŞ-da polisə dövlət tərəfindən çox ixtiyar verilib. Yəni polis yerində qərar verə, kobudluq edə bilir. Bu bizim üçün qəribə görünsə də, amerikalılar üçün normaldır. Belə ki, Amerika konstitusuyasının ikinci düzəlişi hər bir insana silah daşımaq hüququ verir. Bu hüququ ölkədə silahlı qarşıdurmalar çox olduğu üçün ləğv etmək istəsələr də, alınmır. Amerika dövlət kimi qurulanda əhalinin silahlanaraq ingilislərə qarşı özlərini müdafiə etmək üçün silahdan istifadə hüququ verilib. Daha sonra konstitusiyanın ikinci düzəlişində silahlı gəzmək hüququnu təmin edib. Yəni hər bir insan dövlətlə bərabər tutulur. Tomas Ceferson deyirdi ki, insana silahı veririk ki, dövlət əlindəki silahdan istifadə edərək avtoritarlaşa bilməsin. Dövlətlə vətəndaş qarşısında bu yanaşma olduğuna görə, Amerikada polis bir insana yaxınlaşanda ona kobud davranmalı olur. Məsələn, polis maşına yaxınlaşmağa 10 metr qalmış əmr edir ki, nəqliyyat vasitəsindən çıxsın. Qarşısındakı şəxs silahlı olduğu üçün əlini cibinə atmaq istəyəndə, polis silah zənn edib adamı vura bilər. Bu da polis üçün sonradan problem yaratmayacaq. Amma Avropa və Azərbaycanda belə bir şeyi təsəvvür edə bilməzsən. Amerikada bu ona görə mümkündür ki, hər insan silahlıdır və təhlükə anında cinayət işləyə bilər".

Politoloq qeyd edib ki, bəzən ölkədə polislər yüksək imtiyazlarından sui-istifadə edirlər: "Biz bu vəziyyəti Floyd məsləsində də gördük. Qarşıdurmaların da əsas səbəbi də budur. Belə bir şey də var ki, Amerikada ən çox soyğun və oğurluq hallarını qaradərililər edir. Ona görə də polisdə bu insanlara qarşı önyarğı mövcuddur. Əgər Amerika kiməsə "Green Card" təşkil etsə, bu ölkədə demokratiya olmadığını deyənlər birinci getmək istəyəcək. Çünki ABŞ insanlara yaşam üçün sonsuz imkanlar tanıyır. İnsanları buraya çəkən birinci səbəb də budur. ABŞ-da bir iraqlı dinin yaşatmaq baxımından öz ölkəsindən daha rahatdır. Amerikanın quldarlıq keçmişindən qalan problemlər hələ də qalmaqdadır. Bilirsiniz ki, 1950-60-cı illərə qədər seqreqasiya prosesi, yəni ağlarla qaralar arasında ayrıseçkilik davam edirdi. Bu cür toqquşmalar Obamanın dövründə də baş vermişdi. Amerika İrana embarqo qoyur, amma orduda yüksək rütbəli şəxslərdən biri iranlı ola bilir. Yəni ABŞ kənarda olan siyasətlərini ölkələrinin daxilinə daşımırlar. Bu sərbəstlikdə insanları Amerikaya çəkir".

Digər fikirlər

Daha çox fikir