Xüsusi təyinatlılar azərbaycanlılar və ermənilərin olduğu ərazini nəzarətə götürdü

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) ermənilərlə azərbaycanlılar arasında gərginliyin artma riski olan regionları xüsusi nəzarət götürüb.

“MediaPost”un məlumatına görə, FTX bu baxımdan, Kurqan vilayəti və Perm diyarını potensial təhlükəli hesab edir.

Bildirilir ki, Perm diyarında FTX və Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları iki xalqın nümayəndələrinin toplaşdığı yerlərdə yoxlamalar keçirir, diaspor rəhbərləri ilə profilaktik danışıqlar keçirilib. Kurqan vilayətində bu cür addımlar hələlik atılmayıb.

Eyni zamanda, Xantı-Mansisk Muxtar Dairəsində yerli diasporlar vəziyyəti nəzarətdə saxlayır.

Digər fikirlər

Daha çox fikir