XXXXXXXX

Millət vəkili Etibar Əliyev “Planet Parni iz Baku” teatrını sərt tənqid edib.

“MediaPost" xəbər verir ki, deputat konsertdəki yumoru “cılız” adlandırıb:

"Təsadüfən ARB kanalında “Planet Parni iz Baku hamı Avroppalara” tamaşasına baxdım. Məyus oldum. Nə qədər cılız və mənasız səhnələr hazırlayırlar. Bunlar elə bilirlər ki, camaat yumorun nə olduğunu başa düşmür.

Axırıncı səhnəcik sual-cavaba həsr olunmuşdu.

Tahir İmanovun verdiyi suallara qardaşı Cabir İmanov da daxil olmaqla 5 nəfər guya məsləhətləşib cavab verməlidir:

Sual: Planet Parni iz Bakunun gülüşünün sirri nədədir?

Cabiri qabağa verirlər.

Onun cavabı: Papanin. Əsl biabırçılıq.

Sual: 100 dolların üstündə olan Franklinin sifəti niyə yorğundur?

Cavab: Kişi o qədər qalxıb, düşüb ki, yorulub. Əsl biabırçılıq

Sual: Dünən oğlum olub, adını nə qoyum?

Sual: Nə üçün bizdə ən çox AYFON 6 alınır?

 

 

 

 

 

Cavab: Çünki bizdə Qalaaltı, qəlyanaltı, qapazaltı sözləri var. Biabırçılıq.

Cavab: Hələ qoyma, qoy bir az tranzitdə gəzsin, sonra qoyarsan. Yenə biabırçılıq

Sual: Əvvəlcə quş saxlayanlara quşbaz deyirdilər. İndi nə deyirlər?

Cavab: İndi quş saxlayanlara sponsor deyirlər. Biabırçılıq.

Məncə bu qrup da öz missiyasını başa çatdırıb. Baxmağım isə mənə gülüş əvəzinə əsəb gətirdi.

Bunlar ən azında yumorun ictimai yükünü bilmirlər".

Millət vəkili həmçinin Bayram Nurlunun parodiya edilməsinin cəmiyyətə həqarət olduğunu bildirib.

Əməkdar artist Tahir imanov “MediaPost”a açıqlamasında münasibət bildirməkdən çəkinib:

“Bu barədə heç bir şərh vermək istəmçirəm”.

“Bu şəhərdə” komandasının ssenaristi Müşfiq Abbasov da millət vəkilin Bayram Nurlunun parodiyası ilə bağlı dediklərinə belə cavab verib:

“Mən çox şadam ki bizi millət vəkilləri də izləyir, fəhlə də ziyalı da tələbə də izləyir.

Baxır kim hansı rakursdan necə qiymətləndirir.hər bir fikrə hörmətlə yanaşırıq. Kiminsə xişuna gələ bilər kiminsə gələ bilməz.məsələn bu paroduya bayram nurlunu sevənlərin xoşuna gəlməyə bilər, onun özünün pərəstişkarları var.çünki bəzi məqamlaronlarda antipatiya doğura bilər.Tənqid edənmlərin xoşuna gələ bilər.hərənin öz fiki var. Biz millət vəkilinə göstəriş verə bilmırik ki fiktini dəyişsin, kimisə sevsin və ya sevməsin.

Digər fikirlər

Daha çox fikir