"Yelo Bank" kütləvi olaraq filial direktorlarını işdən çıxarır

“Yelo Bank” iyul ayının 1-dən etibarən 7 filial direktorunu işdən azad edib. 

Bu barədə “MediaPost”a bankdakı mənbədən bildirilib.  Məlumata görə, bankın Gəncə, Bərdə, Lənkəran, Sumqayıt, 8, 11  və 12 saylı filialların direktorları işdən azad olunub. 

Bank rəhbərliyi bəzi filial direktorlarının işdən çıxarılmalarını müqavilələrinin müddətinin bitməsi ilə əsaslandırıb. Bəziləri isə müxtəlif səbəblərlə günahlandıraraq işdən azad edilib. Mənbənin verdiyi məlumata görə, filial rəhbərlərinin fəaliyyətlərinə xitam verilməsinin əsas səbəbi təzə komandanın onlarla işləmək istəməməsidir.  

Xatırladaq ki, "Nikoil Bank" ötən ilin noyabrında rebrendinq edərək “Yelo Bank” adı ilə müştərilərinin qarşısına çıxıb.  2008-ci ildən bankın əsas səhmdarı "Topaz Investment Limited" MMC-dir(95,68%). Digər payçılar isə fiziki şəxs (4,22%) və "ISR Holding" (0,1%) şirkətlər qrupudur. Bank öz xidmətlərini 12 filial və rəqəmsal kanallar vasitəsilə göstərir.

Həmçinin bax: “Yelo Bank”ın zərəri 2 dəfə artdı: Kapitalı azalır

Rahim Tarıverdiyev / MediaPost

Digər fikirlər

Daha çox fikir