Yeni Günəşlidə su problemi: qurum bu vəziyyəti normal sayır - AÇIQLAMA

Yeni Günəşli qəsəbəsinin D massivi sakinləri içməli suyun fasilələrlə verilməsindən şikayət edir.

"MediaPost" xəbər verir ki, şikayətlərə əsasən bu rejim qəsəbəyə yeni su xətti çəkildikdən sonra tətbiq edilib.

Seymur Süleymanov adlı sakinin sözlərinə görə, adıçəkilən əraziyə su xətii çəkildiyi bildirilsə də, problem həllini tapmayıb:

"Yeni Günəşli qəsəbəsində yaşayıram.

Yeni Günəşli qəsəbəsinin D massivi sakinləri içməli suyun fasilələrlə verilməsindən şikayət edir.

"MediaPost" xəbər verir ki, şikayətlərə əsasən bu rejim qəsəbəyə yeni su xətti çəkildikdən sonra tətbiq edilib.

Seymur Süleymanov adlı sakinin sözlərinə görə, adıçəkilən əraziyə su xətii çəkildiyi bildirilsə də, problem həllini tapmayıb:

"Yeni Günəşli qəsəbəsində yaşayıram. "Azərsu" ASC tərəfindən qəsəbəyə daimi su veriləcəyi adı ilə yeni xətlər çəkildi və yeni sayğaclar bloka çıxarıldı (tender işçilərinin şirinlik almaq şərti ilə). Lakin nədənsə, qəsəbənin bütün massivlərində su daimi olsa da, D massivində su köhnə vaxtlardakı kimi saatladır.

Həmçinin həyətdə olan neçə illik yaşıl ağacları daha əvvəl mövcud olan su xətti (ana xətdən sakinlərin hesabına çəkmişik) ilə suvarırdıq. Bu yeni xətləri çəkərkən həyətdə yaşıllıqları sulamaq üçün krant qoymadılar (həyət üçün ventil qoyulacağı deyilmişdi) və getdilər. Dövlətimizin qanunlarında da yaşıllıqları və təbiəti qorumalı olduğumuz qeyd olunur".

Məsələ ilə bağlı "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı "MediaPost"a açıqlamasında bildirib ki, su xəttinin çəkilməsi, 24 saatlıq su təminatı demək deyil: "Yeni su xətti çəkildikdən sonra da 8, 10, 12 və ya 24 saat su verilə bilər. D massivinin sakinləri qrafik ilə su alırlar. Bu texniki imkanlarla bağlıdır. Orada hidrofor sistemi qurulmalı, anbarlar tikilməli və yenidən qurulmalıdır. Bütün paylayıcı xətlər yenidən qurulmalıdır ki, ora 24 saat su verə bilək. Gələcəkdə Bakı əhalisinin hər birinin 24 saat su alması planlaşdırılır".

Digər fikirlər

Daha çox fikir