Yerli bankda 255 milyon manatlıq - YIĞILMIŞ ZƏRƏR

“Bank VTB Azərbaycan” ASC 2020-ci ilin ilk yarısını üzrə maliyyə hesabatını açıqlayıb.

“MediaPost” xəbər verir ki, bankın sözügedən dövrə 168,6 mln. manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,7% çoxdur. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 27,1% artaraq 106,9 mln. manata çatıb. 

İlin ikinci rübü üzrə “Bank VTB Azərbaycan”ın müştərilərə verilmiş xalis kreditləri 49,7% artaraq 70,5 mln. manata, depozit portfeli isə 7,5% artaraq 61,4 milyon manata çatıb.

Bankın cəmi kapitalı isə illik nmüqayisədə 2,2% artaraq iyun ayına 61,7 milyon manata çatıb. Qeyd edək ki, səhmdar kapitalı 315,815 mln. manat olan bankın 255,266 mln. manat dəyərində yığılmış zərəri cəmi kapitalının 61 mln. manata qədər düşməsinə səbəb olub. 

6 ay ərzində “Bank VTB Azərbaycan”ın gəlirləri 5,4 milyon manat, xərcləri 8,8 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 5 milyon manat təşkil edib. Mənfəət vergisi ödəməyən bankın xalis mənfəəti 1,5 milyon manat olub.

 

 

 

Digər fikirlər

Daha çox fikir