Yerli sığorta şirkəti sahiblərinə dividend ödəyib

"İpək Yolu Sığorta"ASC səhmdarlarına dividend ödəyib.

“MediaPost” xəbər verir ki, sığorta şirkəti 2020-ci ilin ilk yarısında əldə etdiyi 1,300 mln. manat mənfəətindən 66,008 min manat dividend ödəyib. “İpək Yolu Sığorta” 2019-cu ildə isə səhmdarlarına 7,057 mln. manat dividend ödəmişdi.

Qeyd edək ki, sözügedən dövrə sığorta şirkətinin cəmi aktivləri 28,994 mln. manat, cəmi öhdəlikləri 12,92 mln. manat, cəmi kapitalı isə 16,902 mln. manat təşkil edib. Mənfəəti 1,625 mln. manat olan “İpək Yolu Sığorta” 325 min manat mənfəət vergisi ödəyib və ilin ilk yarısını 1,3 mln. manat xalis mənfəətlə başa vurub.

Digər fikirlər

Daha çox fikir