Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

Televizorsuz evdə böyüyən "Google" şefi...

Əslən Hindistandan olan, yoxsul ailədə boya-başa çatan bu gənc bəlkə xəyalına belə, gətirməzdi ki, Birləşmiş Ştatlara gəlişi həyatında dönüş nöqtəsi olacaq və dünyanın ən nüfuzlu korporasiyalarından birinə rəhbərlik edəcək. Söhbət, "Google"dakı karyerasını sadə bir menecerdən şirkət rəhbəri vəzifəsinə qədər böyüdən Sundar Piçaidən gedir. Piçainin həyat hekayəsindən də görünür ki, onu müvəffəqiyyət zirvəsinə çatdıran çalışqanlığı və əzmi olub. Əsl adı Piçai, soyadı Sundar (Sundararajan) olan "Google" şefi nədənsə sonradan ad və soyadında yerdəyişmə edib. Piçainin həyatında yeganə dəyşiklik bu olmayıb. Bir vaxtlar evində televizoru belə, olmayan gəncin iş həyatında qazandığı uğurlar onu tam fərqli bir dünyanın sakininə çevirib...

BİOQRAFİYA

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

"MediaPost" xəbər verir ki, Sundar Piçai 12 iyul 1972-ci ildə Hindistanın cənubunda - Çennai şəhərində anadan olub. Piçainin ailəsi o dərəcədə yoxsul imiş ki, evlərində nə televizor, nə də soyuducu varmış. 2 otaqlı kiçik mənzildə yaşayan Sundar qardaşı ilə birlikdə qonaq otağında yatmalı olurmuş.

Piçainin gördüyü ilk texnoloji qurğu 12 yaşında ikən atasının aldığı ev telefonu olub. Texnikaya böyük həvəsi həm də atasının peşəsi ilə bağlı idi. Atası Requnata Piçai elektrik cihazları istehsal edən Britaniya zavodunda baş mühəndis-elektrik işləyirdi. Ata maraqlı söhbətləri ilə oğlunda bu sahəyə böyük maraq yarada bilmişdi.

Piçai dərslərini də çox yaxşı oxuyurdu. Rəqəmlərlə bağlı güclü yaddaşı hər kəsi təəccübləndirirdi. Yeri gəlmişkən, onun riyazi hesablama aparmaq qabiliyyətini bu gün həmkarları da yüksək qiymətləndirir.

Gələcək şirkət rəhbəri yeniyetməlik illərindən yüksək idarəetmə qabiliyyəti ilə də seçilirdi. Məsələn, məktəbdə kriket komandasının kapitanı idi vəkomandasını regional yarışlarda bir neçə dəfə qalib etmişdi. Sinif yoldaşlarının dediyinə görə, o, olduqca intizamlı şagird olub.

Piçai orta məktəbi başa vurandan sonra Hindistan Texnologiya İnstitutuna daxil olur. Metallurgiya mühəndisliyi üzrə təhsil alaraq institutu gümüş medalla bitirir. Sonralar müəllimlərindən biri jurnalistlərə Piçainin qrupdakı ən yaxşı tələbə olduğunu bildirmişdi.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

Sundar Piçai həyatının sevgisi - gələcək xanımı ilə də bu institutda tanış olur. Andjali onunla bir qrupda oxuyurdu. Məzun olmağa bir il qalmış Piçai ona evlilik təklifi edir. Çox keçmədən Sundar ABŞ-ın nüfuzlu Stenford Universitetində təqaüd proqramını qazanır və 1993-cü ildə ABŞ-a mühacirət edir. Həmin illərdə yoxsul bir hindli üçün ABŞ-da təhsil almaq olduqca müşkül idi. Bu ölkəyə biletin qiyməti belə, Piçainin atasının illik maaşından yüksək idi.

Hazırda cütlük San-Fransiskoda yaşayır və onların bu nikahdan iki övladları var.

"GOOGLE"A İLK ADDIMLAR...

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

2004-cü ildə "Google"a gələndə S.Piçai artıq bir neçə şirkətdə - "Applied Materials" (kompüterlər, telefonlar və televizorlar üçün mikrosxemlər istehsal edən) və "McKinsey & Co"da (biznes məsləhətləri verən) çalışmışdı. Onun eyni zamanda MBA (Master of Business Administration) diplomu da var idi.

Aprelin 1-də Piçai sıravi bir əməkdaş vəzifəsi üçün müsahibəyə girir. Bu, şirkətin yeni xidmətinin - "Gmail"in istifadəyə verildiyi dövrə təsadüf etmişdi.

Əvvəlcə Piçai "Google"-tulbar - o dövrün məşhur brauzerlərinin ("Internet Explorer", "Mozilla Firefox") alətlər panelindəki axtarış çubuğu üzərində işləyir.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

Bütün cəsarətini toplayıb "Google" rəhbərliyinə rəqiblərin məhsullarından imtina etməyi və öz brauzerini "Google Chrome" yaratmağı təklif edəndə Piçainin karyerası sürətlə yüksəlməyə başlayır. Baxmayaraq ki, bu ideyanı inkişaf etdirmək elə də asan deyildi.

PARTİZANSAYAĞI MÜCADİLƏ...

"Microsoft" axtarış motoru "Bing"i işə salmadan əvvəl onun brauzeri("Internet Explorer") " Google"a aid axtarış xidmətindən istifadə edirdi. Və sonra birdən "Internet Explorer 7"nin buraxılması ilə "Microsoft" standart komlektasiyadan "Google" axtarış sistemini kənarlaşdırdı. Bu, "Google" üçün bu anlama gəlirdi - əgər təcili tədbir görülməsə, brauzer parametrlərini dəyişdirə və saytın ünvanını əllə daxil edə bilməyən yüzmilyonlarla təcrübəsiz istifadəçini itirmək riski var.

Məhz həmin vaxt "Google-bar" müvəqqəti olsa da, şirkət üçün bir xilas oldu. Sundar Piçai isə kompüter (məsələn, HP) tədarükçüləri ilə danışıqlar aparmaq üçün əlindən gələni etdi. "Google"-tulbar yeni yığılmış masaüstü kompüterlərdə və noutbuklarda quraşdırıldı.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

Piçai şirkəti vəziyyətdən çıxara bildi. Lakin o, digərbrauzerlərdən uzaqlaşmaqda və öz məhsullarını yaratmaqda israr edirdi. "Google" rəhbərliyi bu təklifi dəstəkləmirdi, hər kəs hər şeydən məmnun idi. Buna görə də Sundar Piçai və digər 10 mühəndis "Chrome" üzərində partizansayağı işləyirdi.

Buna baxmayaraq, Piçai özünə əmin idi. 2008-ci ildə "Google Chrome" gün işığına çıxmaq üçün tam hazır oldu. İndi dünyadakı internet istifadəçilərinin təqribən 70 faizi saytlara "Chrome" istifadə edərək daxil olur. "Chrome"dan xeyli əvvəl başlamış digər brauzerlərin payı isə dəfələrlə azdır.

"Google Chrome" şirkətin "Chrome OS", "Chromebook" və "Chromecast" kimi, uğurlu layihələrinə yol açdı. Bu uğurlarına görə Piçai karyera pillələrində irəliləməyə başladı. 2008-ci ildə məhsul istehsalı üzrə vitse-prezident postunu tutdu. 2009-cu ildə "Twitter" onu özünə cəlb etməyə çalışanda söhbət gəzirdi ki, "Google" şirkətdə qalması üçün ona bir neçə milyon dollarlıq (qeyri-rəsmi məlumatlara görə, 10 il üçün 50 milyon dollar) mükafat verib.

2012-ci ildə Piçai "Google Chrome"un vitse-prezidenti oldu.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

ZİRVƏYƏ DOĞRU...

2013-cü ildə Endi Rubin Android mobil əməliyyat sisteminin inkişafı ilə məşğul olan şöbədən ayrıldıqda onu Sundar Piçai əvəzləyir. O, burada da boş dayanmır. İndi "Android Go" kimi tanınan, zəif smartfonlar üçün sistemin yüngül versiyasını yaratmaq ideyası ilə çıxış edir. Və nəhayət, Sundar "Google Drive" və "Google Maps"ın inkişafı ilə məşğul olur.

2014-cü ildə "Microsoft" Piçaini baş direktor vəzifəsinə dəvət edir. Bu, təəccüblü deyildi. Çünki "Google"da 2ChromeOS-un istiqamətinə nəzarət edirdi.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

2015-ci ilin ortalarında "Google" yeni xəbərlərlə gündəmə gəlir. Əvvəlcə onun qurucuları Larri Peyc və Sergey Brin bir çox yeni işlərlə məşğul olan "Alphabet" adlı yeni şirkət yaradır və "Google" onun bölmələrindən yalnız biri olur. Belə olan təqdirdə də "Google"a rəhbərlik etmək Sundar Piçaiyə həvalə olunur. Bu, məntiqliqərar idi, 43 yaşlı Sundar artıq illərdir Larri Peycin sağ əliydi. 2019-cu ilin dekabrında isə Larri Peyc və Sergey Brin bəyan edirlər ki, "Alphabet" və "Google"nin iki baş direktora ehtiyacı yoxdur. Və bu "Alphabet"ə rhbərlik də Piçaiyə həvalə olunur.

Məktəbdə və universitetdə çalışqan olması, Stenford Universitetindən təqaüd qazanması, nüfuzlu şirkətlərin iş təklifinə razılıq verməyib "Google"a sadiq qalması, ən müxtəlif insanlarla dil tapması və onları "Google"un alətlər çubuğunu quraşdırmağa razı salması və bu kimi bir çox məqamlar Piçainin uğurunun əsas sirri olur.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

HAMININ SEVİMLİSİ...

Karyerasının ilk günlərindən Piçai heç kimlə münaqişəyə girməməyəçalışır və təsadüfi deyil ki, hamının sevdiyi adam kimi şöhrət qazanır.

Sundar "Google"da baş direktor olaraq qalır və indi yalnız rəqiblərlə deyil, həm də ABŞ Konqresinin qəribə təşəbbüsləri ilə mübarizə aparır.

Piçai süni intellektin faydasına inanır. Bu səbəbdən də "Google" müasir avtomatlaşdırma və süni intellektin imkanlarını nəzərə alaraq yeni məhsullar hazırlamaq və köhnə məhsulları dəyişdirmək üçün ciddi səy göstərir.

Yoxsul hindli dünyanın ən böyük şirkətinə necə rəhbər oldu?

Piçainin şirkətdən böyük məbləğli mükafatlar alması onu dünyanın ən yüksək gəlirli rəhbərlərindən birinə çevirib. Sundar Piçainin gələcəkdə "Google"u hansı istiqamətdə və necə idarə edəcəyi böyük və maraqlı bir sualdır. Lakin onun hələ 48 yaşı, üstəlik çox böyük təcrübəsi var. Mütəxəssislərə görə, məhz bu səbəbdən ona və "Google"a görə narahat olmağa dəyməz...

Tərcümə "MediaPost"a məxsusdur

Digər fikirlər

Daha çox fikir