Yük maşını ilə piyadanın üzərindən keçdi - Sumqayıtda dəhşətli qəza

Sumqayıt şəhərinin "Sumqayıt stansiyası" qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “MediaPost”a bildirilib ki, hadisə iyulun 30-da qeydə alınıb. 

Şəhər sakini M.Paşayev idarə etdiyi ZİL markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Rüstəmov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər fikirlər

Daha çox fikir