"Yuventus"da ağır itki: Çempionlar Liqasında çətin sınaq

İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Paulo Dibala zədələnib.

“MediaPost” xarici mətbuata istinadən xəbər verir ki, argentinalı ulduz A Seriyasının sonuncu turunda “Sampdoriya” ilə matçda zədələnib. Onun 10 gün ərzində yaşıl meydanlardan uzaq qalacağı söylənilir. Futbolçunun qitənin ən nüfuzlu turniri olan UEFA Çempionlar Liqasında taleyüklü oyunda iştirakı sual altındadır. 

Belə ki, rəqib meydanda minimal hesabla uduzan “Qoca sinyora” üçün əsas aparıcı oyunçu olan Dibalanın meydana çıxmaması kluba növbəti mərhələyə adlamaq yolunda çətinlik yarada bilər.

Qeyd edək ki, Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Yuventus” - “Lion” cavab matçı avqustun 7-də oynanılacaq. Komandalar arasında Fransada keçirilən ilk görüşdə “Lion” 1:0 hesabı ilə qalib gəlib.

Digər fikirlər

Daha çox fikir