Nigerdə silahlı hücum: 6-sı turist olmaqla 8 nəfər öldürüldü
10.08.2020 10:51 Gündəm Dünya

Nigerdə silahlı hücum: 6-sı turist olmaqla 8 nəfər öldürüldü

Nigerdə faciəvi hadisə qeydə alınıb.

“MediaPost” xəbər verir ki, paytaxt Niameyə 60 km-lik məsafədə yerləşən Koure Zürafə Qoruma bölgəsinə silahlı hücum edilib. Hücum nəticəsində 6 fransız turistlə nigerli tur rəhbəri və sürücü həyatını itirib. 5 turistlə birlikdə sürücü və rəhbərin silahla öldürüldüyü, qaçmağa çalışan fransız qadın turistin isə boğazının kəsildiyi açıqlanıb.

Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm