Nigeriyada 9 hərbçi öldü
04.11.2020 17:31 Dünya

Nigeriyada 9 hərbçi öldü

Nigeriyanın Borno əyalətində hərbi avtomobilin minanın üzərindən keçməsi nəticəsində 9 əsgər həyatını itirib.

"MediaPost" xəbər verir ki, bu barədə adı açıqlanmayan hərbi səlahiyyətli məlumat verib. 

Bildirilib ki, hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməsə də, terror təşkilatı "Boko Haram"ın oxşar aktlar törətdiyi məlumdur.

Qeyd edək ki, Nigeriyada 2000-ci ilin əvvəllərindən bəri fəaliyyətə başlayan "Boko Haram"ın hücumları nəticəsində 20 mindən çox insan ölüb.

Anara Mikail

Gündəm