Nigeriyada naməlum xəstəlik 15 can aldı
03.11.2020 13:42 Dünya

Nigeriyada naməlum xəstəlik 15 can aldı

Qərbi Afrika ölkəsi olan Nigeriyanın Delta əyalətində "naməlum xəstəlik" səbəbilə 15 nəfər həyatını itirib.

"MediaPost" xəbər verir ki, bu barədə Delta əyaləti səhiyyə komissarı Dr. Mordi Ononye məlumat verib. O, açıqlamasında əyalətdə belə bir hadisənin baş verməsinin narahatedici olduğunu söyləyib.

Ononye bölgəyə çox sayda səhiyyə əməkdaşının cəlb edildiyini qeyd edib: "Əyalət hökuməti ölümlərinin səbəblərini araşdıracaq. Bu müddət ərzində də vətəndaşları koronavirus tədbirlərinə əməl etməyə çağırırıq".

Məlumat üçün bildirək ki, Nigeriyada 5 ay öncə də "naməlum xəstəlik" nəticəsində 1000-ə yaxın insan ölmüşdü.

Anara Mikail

Gündəm