Nigeriyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
07.08.2020 10:10 Gündəm Dünya

Nigeriyada silahlı hücum: Çox sayda ölən və yaralanan var

Qərbi Afrika ölkəsi Nigeriyanın Kaduna əyalətinə silahlı hücum edilib.

“MediaPost” xəbər verir ki, əyalətə bağlı qonşu kəndlər Kurmin Masara, Apyia Şyim və Takmavaiyə gələn silahlı şəxslər ətrafa atəş açmağa başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb.

Nigeriya Baş Polis İdarəsi müdiri Məhəmməd A. Adamu bölgədə artan hücumlar səbəbilə əraziyə çox sayda təhlükəsizlik qüvvəsi cəlb edildiyini açıqlayıb.

Qeyd edək ki, ölkə miqyasında son zamanlarda silahlı şəxslərin motosikletli hücumlarının sayının artması motosikletin qadağan edilməsinə səbəb olub.

Anara Mikayılova

Xəbərlər şöbəsi

Gündəm