Nikaha daxil olmaq istəyən 297 nəfərdə sifilis aşkarlanıb
04.01.2020 13:54 Cəmiyyət

Nikaha daxil olmaq istəyən 297 nəfərdə sifilis aşkarlanıb

"MediaPost" xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib.

Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.

Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm