Nikol fraksiya rəhbərini səfir göndərir - ABŞ aqreman verdi
08.05.2021 20:00 Siyasət

Nikol fraksiya rəhbərini səfir göndərir - ABŞ aqreman verdi

ABŞ Lilit Makuntsa Ermənistanın bu ölkədə səfiri olması üçün aqreman verib.

"MediaPost" Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Məlumata görə, aqreman bir həftə əvvəl əldə edilib. Makuntsun Vaşinqtona parlamentin buraxılmasından dərhal sonra gedəcəyi bildirilib.

Qeyd edək ki, Makunts Ermənistanın hakim Mənim Addımım Blokunun parlament fraksiyasının rəhbəridir. Onun diplomat təcrübəsi yoxdur və heç vaxt diplomat kimi çalışmayıb. Məhz bu amil Ermənistanda onun səfir təyin edilməsi xəbərləri ortaya çıxdıqdan sonra böyük etirazlara səbəb olub.

Xəbərlər departamenti

Gündəm