"Nikol Paşinyan hansı zirzəmidədir?" - Saqatelyan
11.11.2020 14:22 Dünya

"Nikol Paşinyan hansı zirzəmidədir?" - Saqatelyan

"Paşinyanı axtarmağa çağırıram. Hansı ölkənin səfirliyində, hansı zirzəmidə gizlədilib?" 

"MediaPost" xəbər verir ki, bu barədə ARF Daşnaksütyun partiyasının üzvü İşxan Saqatelyan bu gün Yerevanda keçirilən mitinq zamanı bildirib.

“Nikol Paşinyan getməlidir. Bizim imtina edəcək bir vətənimiz yoxdur. Milli Təhlükəsizlik Xidmətini Nikol Paşinyanı axtarmağa çağırıram. Hansı ölkənin səfirliyində, hansı zirzəmidə gizlədilib?", - deyə Saqatelyan qeyd edib.

Anara Mikail

Gündəm