Niyə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i daxil etdikdə məlumatlar tapılmır? - DMX-dən açıqlama
22.04.2020 18:58 Cəmiyyət

Niyə şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i daxil etdikdə məlumatlar tapılmır? - DMX-dən açıqlama

“Müraciəti bir neçə dəfə düzgün daxil etmək lazımdır”

Bunu “MediaPost”a açıqlamasında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib.

O bildirib ki, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i daxil etdikdə sistem məlumatları bir neçə saniyə ərzində tapmaya bilər:

Bu, yalnız texniki məsələdir. Vətəndaş məlumatlarını, yəni şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və FİN-i daxil edəndən sonra “yoxla” düyməsini vurmalıdır. Bu halda bir neçə saniyə ərzində elektron sistem ola bilər ki, məlumatlar tapmasın. Buna görə vətəndaş təkrar müraciət etməlidir. Yəni təkrar bir neçə müraciətdən sonra belə problem yaranmayacaq. Sadəcə müraciəti bir neçə dəfə düzgün daxil etmək lazımdır. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

Xəbərlər departamenti

Gündəm