Niyə Rusiya Türkiyə ilə müharibə edə bilməz? - 10 səbəb
27.02.2020 13:32 Xarici siyasət

Niyə Rusiya Türkiyə ilə müharibə edə bilməz? - 10 səbəb

Bu vəziyyətdən əziyyət çəkən isə mülki əhalidir. Bir çox siyasi şərhçilər bildirir ki, Suriya ərazisində müxtəlif maraqların toqquşması məsələnin həllini uzadır. Və növbəti illərdə Türkiyə ilə Suriya arasında qarşıdurma istisna olunmur. Nəzərə alsaq ki, Suriyada mövcud hakimiyyətin ən böyük dəstəkçisi Rusiyadır. Belə bir vəziyyətdə Suriya ilə münasibətlərinə aydınlıq gətirmək istəyən hər iki ölkə qarşı-qarşıya gələ bilər. Gərginliyin azaldılması və sabitliyin bərpası üçün tərəflər görüşləri davam etdirir. Türkiyə tərəfi gərginliyin azaldılması üçün əsas vasitə kimi atəşkəsi çıxış yolu görsə də, Rusiya ötən gün İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 43-cü iclası zamanı bu məsələyə də aydınlıq gətirib. Belə ki, Rusiya xarici işlər naziri Sergey Lavrov atəşkəs məsələsinin onların gündəliyində olmadığını bildirib.

"MediaPost" xəbər verir ki, türkiyəli yazar Taha Dağlı Rusiya - Türkiyə münasibətlərinin gərginləşməsinə mane olacaq 10 səbəbi açıqlayıb.

- NATO faktorunun mövcudluğu

NATO bu məsələdə hər zaman Türkiyənin yanında olduğunu bildirib və aprel ayında Şərqi Avropada əməliyyatlara başlayacağını açıqlayıb.

- ABŞ faktoru

ABŞ-ın İdlib ərazisində öz maraqları var. Həmçinin Hələbdən Ağdənizə qədər olan ərazini Rusiya və İranın əlinə keçməsinə razı deyil.

- İngiltərə faktoru

Birləşmiş Krallıq Rusiyanın həm İdlibdə, həm də Liviyada olan fəaliyyətlərindən narahatdır.

- Avropa ölkələrinin münasibəti

Rusiya Fransa və Almaniyanın İdlib Zirvəsinə qatılmasında o qədər maraqlı deyil. Çünki Avropa Birliyi də Rusiyanın İdlibdəki varlığından narahatdır.

- Rusiyaya sanksiya təhdidi

Ruslar Haftarla olan münasibətlərinə görə, muzdlu əsgərlər, təbii qaz köçürmələri kimi bir çox mövzuda sanksiya ilə üz-üzə qala bilər.

- Rusiya iqtisadiyyatındakı çöküş

Rusiya son dövrlərdə iqtisadi baxımdan ən səmərəsiz ilini yaşayır. Xalq artıq Putinə olan inamını itirib.

- Rusiyanın BƏƏ ilə münasibəti

Rusiya son dönəmdə BƏƏ ilə münasibətlərini yaxşılaşdırıb. Onların yaxınlaşması, xüsusilə ABŞ-ı narahat etməyə başlayıb.

- Tramp ancaq Rusiyaya toxunmayıb

ABŞ siyasəti Rusiya, Çin və İranı düşmən dövlət olaraq adlandırır, lakin Rusiyaya indiyə qədər ciddi sankasiya tətbiq etməyib. Bu il baş tutacaq seçkilərdən sonra Trampın növbəti hədəfinin Rusiya olması gözlənilir.

- Türkiyə ilə münasibətlər

Türkiyə ilə Rusiya Suriya ilə yanaşı Liviya məsələsi ilə də bağlı görüşlər keçirir. Atom Elektrik Stansiyası, S-400 və "Türk axımı" kimi layihələr mövcuddur. Bundan əlavə koronavirus səbəbilə Çin ilə Rusiya arasında turizm və kənd təsərrüfatı sahəsindəki razılaşmalar müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də Rusiya üçün Türkiyə hazırda böyük önəm daşıyır.

- Qaradəniz ölkələri

Rumınya, Bolqarıstan, Gürcüstan və Krımla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olması, Rusiya üçün çox böyük önəm kəsb edir.

Xəbərlər departamenti

Gündəm