Nizami Gəncəvi haqqında bədii film çəkilib
19.12.2022 11:44 Mədəniyyət

Nizami Gəncəvi haqqında bədii film çəkilib

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında "Sevgi hekayəsi" adlı bədii film çəkilib.

MediaPost xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq: "Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir".

Xəbərlər departamenti

Gündəm