Növbəti ildən tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı son durum - RƏY
19.11.2019 07:00 Fikirlər

Növbəti ildən tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı son durum - RƏY

Tibbi sığorta haqqında qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri arasında münasibətləri tənzimləyir.

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı “Yol xəritəsi” hazırlanıb. Agentlikdən bildirilib ki, hazırda pilot layihə olaraq İTS-nın ölkə üzrə təbiqi 2020-ci ilə saxlanılıb.

İnsanlar xəstə olmasalar belə, müəyyən fondlara vəsait ödəyir vəbunun vasitəsilə hansısa bir xəstə insan müalicə almış olur. Bu xidmət vasitəsilə insanlar maliyyə imkanları aşağı olsa da, dövlətin zəmanət verdiyi tibbi xidmətlərdən pulsuz istifadə edə bilirlər.

Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.

Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər)

Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığorta haqqı dövlət büdcəsi hesabına ödəniləcək. Belə ki, əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda aşağıda qeyd olunan əhali qrupları icbari tibbi sığorta haqqı ödəməkdən azaddırlar.

Qeyd edək ki, İTS-yə daxil olan xidmətləri dövlət müəyyən edir.

Növbəti ildən tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı son durum - RƏY

Agentliyin rəsmi saytında əhali üçün aşağıdakı xidmətlər qeyd olunub:
  • Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti),
  • İlkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə,
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.),
  • Fizioterapevtik xidmətlər,
  • Laborator müayinələr,
  • Hamiləlik və doğuş xidməti,
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya,
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.)

Hazırda pilot layihə kimi Mingəçevir və Yevlaxda həyata keçirilən İTS ilə bağlı vəziyyət necədir?

Bununla bağlı Mediapost.az-a açıqlama verən sığorta üzrə ekspert İlkin İbrahimov bildirib ki, icbari tibbi sığortanın tətbiqi bütün ölkə boyu 2020-ci il yanvar ayının 1-i üçün nəzərdə tutulub:

“Əvvəlki illərdə bu tətbiqi 2019-cu ilin 2-ci yarısında etmək düşünülürdüsə, sığorta sisteminə keçid praktiki formada alınmayacağı göründü. Belə ki, ilk öncə əksər dövlət xəstəxanalarının pullu xidmətə keçidi üçün hər bir xəstəxanada hüquqi şəxs yaranmalı və xidmətlərin qiyməti müəyyən edilməli idi. Bu da öz-özlüyündə daha çox vaxt tələb edirdi. Yekun qanunda isə bu xidmətin 2020-ci il yanvarın 1-də tətbiq olunacağı barədə prezident fərman imzalayıb”.

Növbəti ildən tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı son durum - RƏY

Müsahibin sözlərinə görə, pilot layihə kimi artıq 3 ildir ki, ölkənin 4 rayonunda tətbiq olunan icbari tibbi sığorta fəaliyyət göstərir:

“Lakin onun hansı səviyyədə olması barədə məlumat və statistikanı yalnız özləri aparır. Öz saytlarında onlarda şikayətin olmaması görünsə də, mətbuatda bir çox şikayətlərə rast gəlirik. Bu ondan ibarətdir ki, şikayətə, həmçinin icraya özləri baxır. Belə olan halda, problemin mövcud olub-olmaması geniş tətbiqdən sonra ortaya çıxacaq”.

İcbari tibbi sığortaya keçidin qaçılmaz olduğunu deyən ekspert, bunun müstəqillik dönəmində həyata keçirilən ən böyük layihə olduğunu vurğulayıb:

“Təcrübə göstərir ki, tibb sahəsinin inkişafı tək dövlət dəstəyi ilə inkişaf edə bilməz. Gələcəkdə ölkəmizdə təkmilləşmiş icbari tibbi sığorta sistemi qurulsa, bunun nəticələri müsbət olacaq. Nəticənin müsbət olması tələb və təklif məsələsi ilə mütləq əlaqəlidir. Yəni vətəndaş pozulmuş hüququnu tələb etməyincə, heç bir uğurlu layihədən söhbət gedə bilməz. Bu, sosial layihələrin içərisində müstəqillik dönəmində həyata keçirilən ən böyük proyekt olacaq”.

Xəbərlər departamenti

Gündəm