Novruz bayramı ilə əlaqədar FHN əhaliyə müraciət edib - VİDEO
FHN-dən "MediaPost"a daxil olan müraciətdə bildirilib ki, bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır.
“Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır. Tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır”, - deyə müraciətdə qeyd olunub.