Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapılıb
10.08.2020 15:39 Gündəm Hadisə

Novxanıda dənizdə batan yeniyetmənin meyiti tapılıb

Dənizdə (Novxanı kəndi, qeyri-çimərlik ərazi) batan 2004-cü il təvəllüdlü Ağamirzəyev Rasim Sanalı oğlunun axtarışları başa çatıb.

Bu barədə “MediaPost”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, R.Ağamirzəyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Əcəmi Əsədulla/MediaPost

Xəbərlər şöbəsi

Gündəm