Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib
07.06.2023 20:06 Region

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

AK Partiya və MHP-nin namizədi olan Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

MediaPost xəbər verir ki, məlumatı “TRThaber” yayıb.

Bildirilib ki, səsvermənin 1-ci turunda millət vəkillərinin 317-si onun lehinə səs verib. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb.

2-ci turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələrə 321 səs ala bilib.

Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.

Qeyd edək ki, Türkiyə parlamentinin sədrliyinə partiyalar tərəfindən ümumilikdə 7 namizəd irəli sürülmüşdü. Onlar Numan Kurtulmuş (AKP və MHP), Tekin Bingöl (CHP), Cihan Paçacı (İYİ partiya), Şerafettin Can Atalay (Türkiyə İşçi Partiyası), Tülay Hatimoğulları Oruç (Yaşil Sol Partiya), Mustafa Yeneroğlu (DAVA) və Serap Yazıcı Özbud (Gelecek Partiyası).

Xəbərlər departamenti

Gündəm