Nümayəndələr palatasında Donald Trampın impiçment məsələsinə baxılır
18.12.2019 16:58 Xarici siyasət

Nümayəndələr palatasında Donald Trampın impiçment məsələsinə baxılır

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, səlahiyyət həddini aşmaq və Konqresin fəaliyyətini əngəlləməkdə günahlandırılan dövlət başçısına etimadsızlığı rəsmiləşdirmək üçün mütləq səs çoxluğu lazımdır.

İmpiçment lehinə Nümayəndələr palatasındakı müxalif Demokrat Partiyasından 2-3 nəfər istisna olmaqla həmısının səs verəcəyi gözlənilir.

Müzakirələr üçün ayrılan 6 saat müddətinin bir saatı ərzində prosedur məsələləri həll olunacaq. Müzakirələrdə həm demokratlar, həm də respublikaçılar bərabər vaxtdan istifadə edəcəklər. Nümayəndələr palatası impiçmentə tərəfdar çıxsa, məsələ respublikaçıların çoxluqda olduqları Senatda müzakirəyə çıxarılacaq. Burada da impiçment senatorların 2/3 hissəsinin səsi ilə qəbul edilə bilər.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm