Nura daha bir klipini təqdim etdi - <span>VİDEO</span>
06.05.2021 11:03 Şou-biznes

Nura daha bir klipini təqdim etdi - VİDEO

Müğənni Nura Suri “Onsuz” adlı yeni klipini təqdim edib.

“MediaPost” xəbər verir ki, sənətçi mahnını afrikalı ifaçı İdd Azizlə duet şəklində səsləndirib. Mahnının sözləri və musiqisi Buzza aiddir.

“Klipi 21 yaşlı gənc fotoqraf Lamonkeeey ekranlaşdırıb. Çəkilişimiz bir gün davam etdi. Sadə bir kamera ilə, heç bir işıq qurulmadan ərsəyə gətirdik. Klipimizdə heyvanlara, təbiətə, dostlara sevgini aşılamağa çalışdıq”, - deyə Nura Suri bildirib.

O, həmçinin sosial media hesabında da yeni işləri və pandemiya ilə bağlı fikirlərini dilə gətirib:

“Bu 1 il 2 ay ərzində 3 yeni mahnı yazdırdım, 3 klip çəkdirdim və fotosessiyalar etdim. Bilirsiniz ki, bu müddət ərzində pandemiyadan ən çox zərər çəkən musiqiçilər oldu, amma bir çox sənətçi yeni mahnılar və kliplər təqdim edə bildi. O cümlədən də mən.

Sizdən xahişim “Youtube” kanalıma dəstək olun. Abunə olun, kliplərimə şərhlər yazın, bəyənin.

Dijital platformalarda albomlarım və yeni mahnılarım da mövcuddur. Yalnız mənə deyil bütün musiqiçi dostlarıma dəstək olmanızı xahiş edirəm.

Bizi sizin dəstəyiniz və sevginiz ilhamlandırır”.

Qeyd edək ki, klipdə N.Surinin dostları və oğlu David də yer alıb.

 

Pərviz Hüseyn

Gündəm