Nura Surinin atası reanimasiyaya yerləşdirildi
07.11.2020 16:12 Şou-biznes

Nura Surinin atası reanimasiyaya yerləşdirildi

Müğənni Nura Surinin atası reanimasiyaya yerləşdirilib.

“MediaPost” xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib.

“Atam Xanlar Səttarov hazırda ağır xəstədir, 5 gündür reanimasiyadadır. Dua edin! Qələbəni görməlidir bu insan! Haqqıdır!”.

Qeyd edək ki, X.Səttarov hazırda ehtiyatda olan polkovnik-leytenantdır, “İgidliyə görə” medalı ilə təltif edilib. Birinci Qarabağ müharibəsində kapitan pilot kimi iştirak edib.

Pərviz Hüseyn

Gündəm